Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 17:00:00
842 SABAH məzunu təhsilini başa vurdu 

Bu  gün Bakı Milli  Konqrens Mərkəzində SABAH qruplarının məzun günü keçirilir. 39 ixtisas üzrə ümumilikdə 842 sabah məzunu öz ali təhsilinin ilk pilləsini uğurla başa vurur.

AzEdu.az xəbər verir ki, SABAH qrupları 650-dən artıq professor-müəllim heyəti və 2300-dən çox tələbəni əhatə edir. 

Qeyd edək ki, bu qruplar ölkəmizin ali təhsil sistemində yenilikçi və müasir təhsil şəraiti yaratmaqla bərabər, ali təhsil müəssisələri və təhsil alanlar arasında rəqabətin gücləndirilməsin, akademik və biznes mühiti arasında əlaqələrin genişləndirilməsini hədəfləyir. SABAH qrupları eyni zamanda islahatların davamlılığı və hərtərəfliliyini təmin etmək üçün əlverişli mühitin yaradılmasını qarşıya məqsəd qoyub.