Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-04 15:35:00
AzTU-nun professoru Moskvada keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Bayram İbrahimov Moskva Rabitə və İnformatika Texniki Universitetində (MRİTU) onlayn keçirilən “İnformasiya cəmiyyətinin texnologiyaları” adlı iki günlük XV beynəlxalq elmi-texniki konfransda çıxış edib.

 

AzEdu.az xəbər verir ki, o, konfransın plenar iclasında “Kvant texnologiyasından istifadə etməklə optik-lifli rabitə xətlərinin effektivliyinin yüksəldilməsinin tədqiqi” mövzusunda məruzə edib.

 

Konfransda kafedranın digər professorları da iştirak edib.