Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-04 10:00:00
AzTU tələbələrinin istehsalat təcrübəsi davam edir

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin istehsalat və elmi-tədqiqat təcrübəsi ugurla davam edir. 

 

AzEdu.az xəbər verir ki, tələbələr "Azərişıq" ASC,  "Azerenerji" ASC, Milli Aerokosmik Agentliyi (MAKA), “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB), SINAM, "İDRAK Texnoloji Transfer" MMC, “Sumqayıt Kimya Sənaye Parkı” MMC (STP), "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC, Nurgün Motors və digər müəssisələrdə karantin qaydaları nəzərə alınmaqla təcrübədə iştirak edir.

 

Regionlarda yaşayan tələbələr isə AzTU- nun rektoru Vilayət Vəliyevin göstərişi əsasında yaşadıqları əraziyə yaxın və ixtisaslarına uyğun müəssisələrdə istehsalat və elmi-tədqiqat təcrübəsinə cəlb olub. Kompüter, sistem mühəndisliyi, menecment və elektronika ixtisası üzrə təhsil alan tələbələrin bir qismi isə onlayn təcrübə proqramında iştirak edir.

 

Qeyd edək ki, AzTU-da istehsalat təcrübəsi 31 mart, elmi-tədqiqat təcrübəsi isə 12 mart tarixinə kimi davam edəcək .