2021-03-01 13:07:00
LDU-da Nizami Gəncəviyə həsr edilmiş elmi seminar keçirilib - FOTO
Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirlər planına uyğun olaraq Lənkəran Dövlət Universitetində (LDU) elmi seminar keçirilib.
AzEdu.az xəbər verir ki, onlayn formatda keçirilən seminarı universitetin sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açıb. Bildirib ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib və ulu öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb.
Kamran Kazımov qeyd edib ki, ustad şairin 1981-ci ildə H.Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyində ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi Nizami dühasına verilən böyük qiymətin və dahi şairə ehtiramın təcəssümüdür.
LDU-nun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Elşad Səfərli “Nizami Gəncəvi irsinin bəzi sənətkarlıq və tədrisi xüsusiyyətləri” barədə geniş məruzəsində ölməz sənətkarı bütün dövrlərin parlaq şəxsiyyəti, sənətkarı, dahi söz sərrafı kimi dəyərləndirib.Bildirib ki, Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir və şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Elşad Səfərli Nizami sənətkarlığını müxtəlif aspektlərdən təhlil edərək bu irsin tədrisinin, öyrədilməsinin vacibliyini vurğulayıb, şairin poeziyasının bütün zamanlarda aktuallığını itirməyəcəytini, daim oxucu marağını cəlb edəcəyini bildirib.
Məruzə ətrafında filologiya elmləri namizədləri- dosent Mirhüseyn Abbas, dosent Qədim Rufullayev, baş müəllim Abid Tahirli, Mehman Əliev,müəllim Dəyanət Əsgərov, doktorant və dissertantlardan Esmira İsmayılova, Ülviyyə Əliyeva, Vüsalə Cavadova, magistr Firuzə Həsənova çıxış ediblər. Çıxışlarda Nizami Gəncəvi yaradıcılığı müxtəlif aspektlərdən təhlil edilib, dünya və şərq, Azərbaycan ədəbiyyatında oynadığı roldan söz açılıb, bu poeziyanın həmişəyaşarlılığı vurğulanıb, poetik irsi xalqımızın böyük mədəni sərvəti kimi dəyərləndirilib.
Bu bölməyə aid digər xəbərlər
AzMİU-da layihəsi çərçivəsində Pilot tədris həftəsi başlayıb
2024-04-24 15:06:44
AzTU-nun nizamnamə fondunun həcmi açıqlanıb
2024-04-20 12:48:00
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
2024-04-20 11:44:51
MDU Ali Təhsil Liderlik Forumunda təmsil olunur
2024-04-18 09:13:27
“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb
2024-04-17 17:18:53
Rektor imtahanında maksimum bal toplayan şagirdlə görüşüb
2024-04-17 16:56:51
LDU-da Memorandum imzalanıb
2024-04-15 16:28:26
ADPU-nun dekanı vəfat etdi
2024-04-13 10:54:06
Səfirlik GIPA jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edib
2024-04-06 16:54:16
AzTU şəhid məzununa həsr olunan anım tədbiri...
2024-04-05 17:13:25
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK