Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-01 10:57:00
MDU Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universiteti (MDU) Ukraynanın qabaqcıl universitetlərindən olan Kiyev Milli iqtisadiyyat Universiteti (KNEU) ilə qarşlıqlı əməkdaşlıq edəcək.

 

AzEdu.az-dan verilən məlumata görə,KNEU-nun zəngin təcrübəsindən və yüksək potensialından faydalanmaqla, MDU-da ilk növbədə İqtisadiyyat və idarəetmə fakültəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

 

KNEU və MDU arasındakı əməkdaşlıq çərçivəsində universitet əməkdaşları arasında qarşılıqlı olaraq, müxtəlif mövzularda müharizələr oxunacaq.

 

İlk mühazirə 2021-ci ilin 2 mart tarixində saat 13:00-da KNEU-nun müəllimi Elena Proxorova tərəfindən “Kiyev Milli İqtisadiyyat Universitetində pandemiya dövründə onlayn və ənənəvi təhsil” mövzusunda “ZOOM” platforması üzərindən onlayn olaraq keçiriləcək.

 

Mühazirədə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət göndərə bilər.

 

Növbəti mühazirənin MDU-nun akademik heyəti tərəfindən Kiyev Milli İqtisadiyyat Universitetinin tələbə-magistrantları və professor-müəllim heyəti üçün təşkil edilməsi planlaşdırılıb.