Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-24 10:26:00
AzTU-nun tələbələri vəfat edib - FOTO

Fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən ikisi, Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs bakalavriatı Əliyev Lətif Rəşad oğlu və Energetika və avtomatika fakültəsinin II kurs magistrantı Allahverdiyev Şikar İdris oğlu olub.

 

AzEdu.az xəbər verir ki, Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

 

Qeyd edək ki, Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

 

ŞikarAllahverdiyevdə AzTU-nunəlaçı magistrantı olub. O, ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirib.

 

AzTU-nun rəhbərliyi və kollektivi Lətif  Əliyevin və Şikar Allahverdiyevin vəfatından kədərləndiyini bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!