Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 17:36:00
Müəllimlərin işə qəbulu ilə bağlı yekun satistika AÇIQLANDI

Təhsil Nazirliyi cari tədris ilində müəllimlərin işə qəbulu ilə bağlı satistikanı açıqlayıb.

AzEdu.az xəbər verir ki, 2017-2018-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək məqsədilə 49 335 nəfər www.miq.edu.az saytı vasitəsilə qeydiyyatdan keçib. Cari tədris ili üçün keçirilmiş müsabiqədə 47 000 nəfərin elektron ərizəsi təsdiq olunub və onlar test imtahanı mərhələsinə buraxılıb. Müsabiqənin test imtahanı mərhələsində 40 000 nəfər iştirak edib. Müsabiqənin I turunun nəticəsində müddətsiz müqavilə ilə işə qəbul olunanların sayı  4 454, 2-ci turunda isə  1058 nəfər olub.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üçün test imtahanlarının iyul ayının ikinci yarısında keçirilməyə başlanılması nəzərdə tutulur. Bu haqda Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, avqustun 1-dək imtahanların keçirilməsinin yekunlaşdırılması planlaşdırılır.

 Müəllimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu üçün iyulun 2-dən elektron sənəd qəbuluna başlanıldığını deyən M.Camalzadə bu prosesin iyulun 8-də başa çatacağını söyləyib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları