Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-16 12:10:00
AzTU-da xarici dillər  kafedrasının təşkilatçılığı ilə onlayn elmi-praktik seminar keçirilib - FOTO

Azərbaycan Texniki Universitenin (AzTU) Xarici dillər  kafedrasının təşkilatçılığı ilə “Muasir dövrdə xarici dillərin tətbiqi problemlərinə kommunikativ yanaşma” mövzusunda onlayn elmi-praktik seminar keçirilib. 

 

AzEdu.az xəbər verir ki, məqsəd xarici dillərin tətbiqi problemlərinə kommunikatıv yanaşmaq, xarici dillərin istifadə və ifadə qabiliyyətlərini yüksək səviyyədə təqdim etmək,  müəllimin peşəkar erudisiyası, yaradıcılıq orijinallığı, pedaqoji bacarığı və nitq mədəniyyətinə sahib olmaqla yanaşı ünsiyyət bacarıqlarını da formalaşdırmaqdır.

 

Seminarda mövzu ilə bağlı müxtəlif dillərdə prezentasiyalar təqdim olunub, xarici dillərin tətbiqi problemlərinə aid müzakirələr aparılıb, qonaqların və iştirakçıların rəy və təklifləri dinlənilib.

 

Seminarda Xarici dillər kafedrasının müdiri Səbinə Alməmmədova mövzu ətrafında prezentasiya üzərindən təqdimatla çıxış edib. Daha sonra AzTU-nun Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov kafedranın işində keyfiyyətinin artırıldığını bildirib və uğurlar arzulayıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunda Terminologiya şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova, AMEA-nın Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva AzTU-nun Xarici dillər kafedrasının əməkdaşları Gülarə Teymurova və əməkdar müəllim Maral Qəndilova mövzu ətrafında fikirlərini bildirib.

 

Seminarda AzTU-nun tələbələri də iştirak edib.