Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-12 14:15:00
Direktorluq uğrunda gərgin mübarizə - Qadınlar kişiləri üstələyir

 

 

 “Bu il ilk dəfə olaraq elektron qeydiyyatdan keçən qadın direktor namizədlər kişiləri üstələyib”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan” verilişində deyib.

 

O, qadınların direktor olmaq istəməsindən söz açıb:

 

“Bu istək göstərir ki, son illər qadınların idarəetmə sahəsində rolu daha da artıb. Ümumilikdə, 4200-dən çox namizəd direktor olmaq üçün müraciət edib. Ayrılan yerlərin sayı isə 623-dür”.

 

Qeyd edək ki, fevralın 13-də direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları