Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 17:00:00
Müəllimlərin bilik səviyyəsinə görə fərqlənən ölkələr

Almaniyada dünya ölkələrindəki müəllimlərin bilik səviyyəsi ilə bağlı araşdırma aparılıb. 

AzEdu.az xəbər verir ki, Almaniya və ABŞ  iqtisadçılarının 31 ölkədə apardığı araşdırma zamanı məlum olub türkiyəli müəllimlərin bilik səviyyəsinin ixtisas təhsilli kanadalı müəllimlə eyni olduğu məlum olub.

Yaponiya və Finlandiyada isə müəllimlərin təhsil səviyyəsi daha yüksəkdir. Yaponiyadakı müəllimlərin bilik səviyyəsi Kanadada doktorantura təhsili almış müəllimlərlə eyni səviyyədədir. Almaniyalı müəllimlər isə 31 ölkə arasında riyaziyyat üzrə üçüncü yeri tutsalar da, təhsil mövzusunda onuncu sırada qərarlaşıblar. Araşdırmaya görə, şagirdlərin savadı ilə müəllimlərin bilik səviyyəsi arasında danılmaz əlaqə var. 

Almaniyadakı Eichstatt- İngolstadt Katolik Universiteti, Münhen İqtisadi Araşdırmalar İnstitutu  və ABŞ-dakı Standford Universiteti mütəxəssislərinin apardığı araşdırmada  müxtəlif testlərin nəticələri müqayisə olunub. Araşdırmaya görə müəllimin bacarığı onun riyaziyyat və oxu vərdişlərində necə olmasından asılıdır.

İqtisadçıların gəldiyi qənaətə görə bütün dünyadakı müəllimlərin bilik səviyyəsi Finlandiyadakı müəllimlərin bilik səviyyəsinə çatarsa, bu zaman tələbələr arasındakı beynəlxalq  fərq də 25% azalmış olar.

Hesabata görə,  müəllimlərin bilik səviyyəsində əsas rol oynayan faktorlardan biri də aldıqları məvacibdir. Qadınların daha çox qeyri-təhsil sektorunda çalışdığı ölkələrdə təhsil səviyyəsinin daha aşağı olduğu aydın olub. Araşdırmada bunun səbəblərindən biri kimi yüksək intellektli qadınların tədrisdən uzaq qalması göstərilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları