Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 13:00:00
Tələbələrin  köçürülməsində  qeydiyyatın  vaxtı  uzadıla  bilər? – Rəsmi  CAVAB

 

 

Fevralın  7-si  tələbələrin  köçürülməsi  prosesinə  müraciət  üçün  qeydiyyat  yekunlaşdı.

 

Bəzi  tələbələr  həftə  sonu  müraciət  etmək  üçün  sayta  daxil  olduqları  zaman  texniki  problemlə  üzləşdiklərini  bildirirlər.

 

Bu  halda  köçürülmə  üçün  müraciət  müddəti  uzadıla  bilərmi?

 

Təhsil  Nazirliyi  bununla  bağlı  AzEdu.az-ın  sorğusunu  cavablandırıb:

 

“Tələbələrin  köçürülməsi  sistemi 7 gün  açıq  olub  və  2721  tələbə qeydiyyatdan  keçib. Bütün  müraciətlər  hazırda  emal  olunur. Qeydiyyat müddətinin  uzadılması  ehtimalı  yoxdur.”

 

Köçürülmə  üçün  müraciətlər  1 – 7 Fevral  tarixləri  müddətində  həyata  keçirildi.

 

Qeyd  edək  ki, tələbələrin  köçürülməsi  Təhsil  Nazirliyinin  razılığı  ilə qış və yay  tətili  dövründə  müvafiq  ali  məktəb  rəhbərliyinin  əmri  ilə  həyata keçirilir.