Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 15:57:00
Son kurs tələbələrinin təcrübə müddəti keçiriləcək? – Rəsmi CAVAB

Fevral  ayının  15-dən  ali  və orta  ixtisas  təhsili və peşə təhsili müəssisələrində praktiki  məşğələlər tələb olunan ixtisaslar  və  təhsilalanların  fiziki  iştirakını  tələb edən fənlər üzrə tədrisi ənənəvi formada  bərpa  olunacaq.

 

Bəs bu  hal  son  kurs  tələbələrinə  də  aiddir? Tələbələr  təcrübə  müddətində  iştirak  edə  biləcək?

 

Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  AzEdu.az-ın sorğusuna  cavab  olaraq  bildirib  ki, bir  çox  ali  təhsil  müəssisəsində  təcrübənin  keçirilməsi  nəzərdə  tutulur:

 

“Ali təhsil müəssisələrinin müvafiq  ixtisaslar  üzrə tədris qrafikinə uyğun olaraq  fevral ayının 15-dən  bir çox ali təhsil müəssisələrində təcrübənin keçirilməsi nəzərdə  tutulur. Təcrübələrin  keçirilməsi məsələsi ölkədəki sanitar-epidemioloji vəziyyətdən və müəssisələrin fəaliyyətindən asılı olacaq.”

 

Qeyd  edək  ki, artıq  ölkəmizdə  təhsil  haqqında  dövlət  sənədləri  elektron  formada  veriləcək.