Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-06 15:32:00
Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib

Abşeron rayon ərazisində fəaliyyət göstərən məktəblərin fevralın 1-də fəaliyyətə başlaması ilə əlaqədar monitorinqlər keçirilir.
Abşeron Rayon İcra Hakimiyyətindən

 

AzEdu.az–a bildirilib ki, pandemiya ilə əlaqədar yaranan fasilə zamanı rayonun məktəblərində kiçik təmir-bərpa işləri aparılıb, sinif otaqları səliqəyə salınıb, partalar ara məsafəsinə uyğun olaraq düzülüb. Bununla yanaşı, dezinfeksiya və deratizasiya işləri aparılıb.

Məktəblərin istilik sistemi yoxlanılıb, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılıb.

Qeyd edilib ki, rayonun 40 təhsil müəssisəsində 67 min şagirddən 29 min şagird kontingenti əyani təhsilə cəlb edilib. Pedaqoji kollektiv və texniki işçi heyəti pandemiya qaydalarına uyğun olaraq işə mərhələli şəkildə cəlb olunub.
Bütün məktəblərdə sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib. Belə ki, dərs prosesi başlamazdan öncə şagirdlərin hərarəti ölçülür, siniflərə daxil olarkən ara məsafəsi gözlənilir, əlləri dezinfektiv məhlullarla dezinfeksiya edilir, tənəffüslərarası sinif otaqlarının havası dəyişdirilir və döşəmə dezinfeksiyaedici məhlullarla silinir.