Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 10:24:00
DİM-də ilk beynəlxalq imtahan keçirildi

Dövlət İmtahan Mərkəzində (DİM) Beynəlxalq Kompüter İşlətmə Lisenziyası (International Computer Driving Licence - ICDL) imtahanının professional proqramının “Computing” modulu üzrə imtahanı təşkil edilib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahan 45 dəqiqə müddətində aparılıb və 1 nəfər iştirak edib.

 

Qeyd edək ki, DİM-ə ICDL beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya 2020-ci ilin noyabr ayında tərəflər arasında bağlanmış razılaşma əsasında verilib. DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.

 

ICDL 100-dən artıq ölkədə 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilirlər.

 

DİM-də təşkil edilən ICDL imtahanları barədə daha ətraflı məlumatı Mərkəzin saytında yerləşdirilmiş müvafiq linkdən əldə etmək olar.