Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-04 17:55:00
Tələbə yalnız bu halda köçürülmə zamanı ödənişsiz təhsil ala bilər - NAZİRLİK

“Tələbə əgər ödənişli əsaslarla təhsil alırsa, bu zaman ödənişli əsaslarla da köçürülür. Onun köçürüldüyü universitetdə ödənişsiz oxumaq kimi bir şansı yoxdur.”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Günay İsgəndərova "Tələbələrin köçürülməsi prosesi" mövzusunda canlı yayımda bildirib. O qeyd edib ki, tələbə yalnız bir neçə halda köçürülmə zamanı ödənişsiz təhsil ala bilər:

 

“Əgər tələbə universitetə ödənişsiz qəbul olubsa və ixtisasını dəyişmədən digər bir universitetə köçürülürsə bu zaman ödənişsiz təhsil ala bilər. Əgər hər hansı bir ixtisasın əyanisində ödənişsiz təhsil alırsa, onda qiyabisinə köçürülən zaman da ödənişsiz təhsil alacaq. Oxuduğu ixtisas üzrə İngilis dilində ödənişsiz təhsil alırsa və həmin ixtisasın Azərbaycan dili üzrə köçrülürsə o zaman da ödənişsiz təhsil ala bilər.”