Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-04 15:25:00
“Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunması gözlənilən idı”- Sədr müavini  

 

 

 

“Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunması gözlənilən idı və Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na müvafiqdir”.

 

Bu sözləri AzEdu az.-a açıqlamasındaTəhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

Onun sözlərinə görə “Təhsil nazirliyi bu qərardan irəli gələn digər məsələləri həll etməlidir” tapşırığına uyğun olaraq, Nazirliyinin təklifinə əsasən ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq nəzərdə tutulmuş qaydada davam etdiriləcək.

 

Əlbəttə ki, əyani tədris üçün hazırlanan tədris planları və nümunəvi dərs cədvəllərinin tətbiqi ilə yanaşı, vəziyyətə uyğun olaraq yerdə qalan dərslər distant formada keçiriləcək.

 

Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada davam etdirilməsinin növbəti mərhələsi heç də hər hansı bir arxayınçılığa və diqqət baxımından biganəliyə əsas verə bilməz. Unutmaq olmaz ki, yuxarıda adı şəkilən qərarın 1-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, hər hansı bir dəyişikliyin həyata keçiriləcəyi mümkün hesab edilə bilər. Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun. Bu isə layihə tutumu, şagird sıxlığı, təhsilalanlar arasında sosial məsafəninin və digər sanitar-epidemioloji tələblərin gözlənilməsinə nə dərəcədə əməl edəcəyimizdən asılı olacaq.