Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-04 09:25:00
ADNSU Avropa Birliyinin “WORK4ACE” layihəsinə qoşulub

Fevralın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üzvü olduğu Avropa Birliyi tərəfindən maliyyələşdirilən “WORK4ACE” layihəsinin onlayn başlanğıc  görüşü (kikc-off meeting) keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, görüşdə ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə preroktoru,  dosent Rafiq Camalov, Beynəlxalq Əlaqələr üzrə prorektorun müavini  Ülviyyə Abbasova və Beynəlxalq layihələr üzrə koordinator Leyla Nağıyeva iştirak ediblər.

 

Gün boyu davam edən görüşdə layihənin digər beynəlxalq iştirakçıları da çıxış  edərək, layihə haqqında fikir mübadiləsi aparıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.

 

Qeyd edək ki, “Work4CE” layihəsinə üzv olan ölkələr: Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin əsas məqsədi tələbə və məzunların işə düzəldilməsini yaxşılaşdırmaq üçün rəqəmsal dövrdə universitet-müəssisə əməkdaşlığının yeni formalarını inkişaf etdirmək məqsədi daşıyır.  Layihənin digər məqsədi isə, mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğu aradan qaldırmasını nəzərdə tutur.