Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 18:19:18
Nobel medallı 80 yaşlı  alim AzEdu.az-a danışdı

“80 yaşımda hər gün xəstələrin müalicəsi, ağır əməliyyatların keçirilməsi ilə məşğul olur, bu üsulları gənc həkimlərə öyrədirəm. Elmi kadrların hazırlanması daim davam edir”.

Bu sözləri AzEdu.az-a bu gün 80 yaşını qeyd edən professor Südeyf İmamverdiyev deyib. O, bu illər ərzində gördüyü elmi işlərə aydınlıq gətirib:

“Yaşadığım illər ərzində xeyli dəyişikliklər baş verib.  Ən əsası isə müstəqillik əldə etmişik. Müstəqil dövlətin nümayəndəsi kimi özümümzü məğrur insan kimi hiss edirik. Ölkəyə müasir tibbi avadanlıqlar, daha az travma vuran müalicə üsulları gətirilib. Mənim rəhbərlik etdiyim urologiya kafedrasında işlər daim davam edir. Müxtəlif konqrenslərdə məruzələrlə çıxış edir, öz tədqiqatlarımızın nəticələrini beynəlxalq arenada tanıdırıq. Bunlar hamısı elmin inkişafıdır. Bu gün mənim rəhbərliyim altında yeni kadrlar, tibb üzrə fəlsəfə doktorları, professorlar hazırlanır. Hazırda yanımda 4 tibb elmləri doktoru işləyir. Bir neçəsi isə artıq disertasiyaya hazırlaşırlar”.

 S. İmamverdiyev bildirib ki, tale imkan versə, gələcəkdə də elmi fəaliyyətinin davamı olacağını qeyd edib:

“Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri vəzifəsində çalışmaqdayam. Seçki ilə mənə hələ 5 il də möhlət verilib. 80 yaşımda hər gün xəstələrin müalicəsi, ağır əməliyyatların keçirilməsi ilə məşğul olur, bu üsulları gənc həkimlərə öyrədirəm. Elmi kadrların hazırlanması daim davam edir. Təbabət, cərrahi iş, xəstəliklərə münasibət və elmi işlər... Mən bu işlərlə daim məşğulam. Tale imkan versə bunların davamı da olacaq”.

Qeyd edək ki, professor Südeyf İmamverdiyev Azərbaycan Tibb Universitetində Urologiya kafedrasının müdiri kimi fəaliyyət göstərir. 1938-ci il 2 iyul tarixində Astarada anadan olan həkim Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. 490 elmi əsəri çapdan çıxıb ki, onların 178-i xarici ölkələrdə yayımlanıb. 1965-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur. 2000-ci ildə Şöhrət ordeni ilə təltif edilib. 2001-ci ildə müxnir üzv seçilib.

S.İmamverdiyev 2006-cı ildə elm və maarifçilik sahəsində görkəmli xidmətlərinə görə akademik Yusif Məmmədəliyev adına medala layiq görülüb. Elmi pedaqoji fəaliyyətinə görə, alim 2013-cü ildə Avropa Elm və Sənaye Konsorsiumu (European Scientific and İndustrial consortium) tərəfindən Avropa keyfiyyəti qızıl medalı ilə (Gold medal of European quality),Əmək və Elm (Laboret Scienita) medalı, Vernadski medalı (2010) və Nobel Alfred Bernhard medalı ilə (2011) təltif olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları