Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 13:00:00
Təhsil kreditləridən yaralanmaq üçün bu qədər tələbə müraciət edib – Humanist rəqəmlər  

Təhsil Nazirliyi təhsilhaqqını ödəmək imkanı olmayan, aztəminatlı ailələr üçün yaradılan “Maarifçi” tələbə kredit fondunun illik hesabatını açıqlayıb. 

AzEdu.az xəbər verir ki, fond  2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın dövlət ali təhsil müəssisələri tərəfindən yaradılıb. Missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi yolu ilə onlara ali təhsil almaq üçün bərabər imkanların yaradılmasıdır. Kredit əldə etmək üçün müraciət edən tələbələr Azərbaycan vətəndaşı olmalı, fondun tərəfdaşı olan universitetlərdən birində təhsil almalı və fond tərəfindən müəyyən olunan seçim meyarlarına uyğun olmalıdırlar. Kreditin növləri, şərtləri, eyni zamanda seçim meyarları ilə Fondun rəsmi saytında ( maarifci.az ) tanış ola bilərsiz. Kredit üçün müraciət elektron qaydada həyata keçirilir.

Təhsilhaqqı kreditləri üzrə Fond 2017-ci ildə iki elan sessiyası keçirib. 2017-ci ilin I elan sessiyasında Fonda 55 müraciət daxil olsa da, 22 müqavilə imzalanıb. II elan sessiyasında müraciətlərin sayı artaraq 121-ə çatıb. Amma bunlardan 80-i ilə müqavilə imzalanıb. III elan sessiyasında 36 müraciətdən 34-ü, IV-də isə 88 müraciətdən 41-i müqavilə imzalanması ilə nəticələnib. Ümumilikdə, 2016-2017-ci illərdə 177 tələbə üçün təhsil krediti ayrılıb. Bu təşəbbüsün ən üstün cəhəti isə faizsiz kreditin əvvəlki təhsil krediti müqavilələrinə də şamil olunmasıdır.

Ödənişin rahatlığını təmin etmək üçün Fond şəxsi kabineti istifadəyə verib. Bununla tələbələr ödəmə qrafiki və tarixçələrini izləyə bilərlər. Kredit verilməsi prosesinin elektron qaydada həyata keçirilməsi şəffaflığı təmin etmək, vaxt itkisinin qarşısını almaqla bərabər, tələbələrin fondla bağlı dərsdən yayınma hallarını da azaldır. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları