Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-29 12:54:00
Azərbaycan dili fənnindən imtahanın keçirilmə qaydası dəyişdirildi - DİM

“Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən  Azərbaycan dili (dövlət dili kimi) fənni  imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri DİM sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı deyib.

 

“Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları