Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-29 12:06:00
DİM sədri : "Pandemiyaya görə təhsil sistemi ciddi böhrana uğradı"  

"COVID-19 pandemiyasına görə 2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu".

 

AzEdu.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

 

"Virusla bağlı yaranmış vəziyyət dünya təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil sistemi böhrana uğradı. Təbii bizim məqsədimiz bu böhrandan minimum itkilərlə çıxmaqdır”, - o deyib.