Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-25 09:33:00
MDU-da  imtahan sessiyasının ikinci həftəsi uğurla yekunlaşdı  

 

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin online imtahan sessiyasının ikinci həftəsi də uğurla yekunlaşıb. 18-22 yanvar tarixlərini əhatə edən imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.

 

AzEdu.az-ın məlumatın agörə, ikinci imtahan həftəsində bakalavriat səviyyəsi üzrə ümumilikdə 133 qrupda təhsil alan 2454 tələbə 156 imtahanda iştirak edib. Məsafədən təşkil olunan imtahanlarda yalnız 2 tələbə iştirak etməyib. İmtahanların nəticəsinə əsasən tələbələrin 39%-i 51-100 bal, 38%-i 71-100 bal, 23%-i isə 91-100 bal ilə qiymətləndirilib. Cəmi 1 tələbənin qeyri-kafi qiymət aldığı ikinci imtahan həftəsində 2 tələbənin Appelyasiya Komissiyasına müraciəti qeydə alınıb.

 

Magistratura səviyyəsində isə 21 qrup üzrə ümumilikdə 44 imtahan keçirilib. Magistrantların 22%-nin 71-100 bal, 76%-nin isə 91-100 bal ilə qiymətləndirildiyi imtahanlarda 100% iştirakçılıq qeydə alınıb.

 

2021-ci ilin 11 yanvar tarixində başlayan payız semestrinin imtahan sessiyası 6 fevral tarixinədək davam edəcək.

 

Qeyd edək ki, MDU-da cari tədris ilinin payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri əsasında təşkil olunub. İmtahan Qərargahı, “Qaynar xətt” və Appelyasiya Komissiyasının çevik və operativ fəaliyyəti təmin edilib.