Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-02 11:59:00
Gənclərin peşə seçimi zamanı verdiyi qərarların əsasları müzakirə edilib  

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə “İnklüziv inkişafı naminə gənclərin peşə seçiminin əsasları: Ali təhsil və əmək bazarının təhlili” adlı layihənin növbəti onlayn təlimi keçirilib.

Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzindən  bildirilib ki, təlimdə aidiyyəti qurumların nümayəndələri, müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 27 tələbə gənc, mərkəzin üzvləri və könüllülər iştirak ediblər.

Mərkəzin məsləhətçisi Yusif Ağayev, ictimai fəal gənclərdən İlahə Balakişiyeva, Samir Pənahəliyev, Rayaxanım Ağazadə və digərləri tədbirdə çıxış edərək inklüziv cəmiyyətin inkişafı, postpandemiya dövründə peşə təhsilinin əhəmiyyəti, ali təhsil və əmək bazarının uyğunlaşdırılmasından danışıblar. Həmçinin Azərbaycan Prezidentinin “Biz qara qızılı insan kapitalına çevirməliyik” konsepsiyasının bu gün çox uğurla həyata keçirildiyi qeyd edilib.

Sonra mövzu üzrə müzakirələr aparılıb. Müzakirələrdə dünyanın postsənaye dövrünə, bilik iqtisadiyyatına keçid dönəmində insan amilinin dominantlığı faktı və bu reallığın gələcəkdə gənclərin peşə seçimlərində cəmiyyətin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.(azertac)