Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-01 14:11:00
Orta məktəb müəllimindən xoş təşəbbüs: şagirdlərini 31 Dekabrda Şəhidlər Xiyabanına apardı - FOTOLAR

Daşkəsən şəhər Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin Rus dili və Ədəbiyyatı müəllimi Vəfa Qocabəyli 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə şagirdləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib.


AzEdu.az xəbər verir ki, bu təşəbbüslə çıxış edən müəllim bildirib ki, məqsədim fidanlarımıza vətənpərvərlik ruhunun aşılanmasıdır:


" Günündən asılı olmayaraq şəhidlərimizi hər zaman xatırlayıb, onların müqəddəs ruhunu anmalıyıq. Mən rus bölməsində dərs deyirəm və arzu edirəm ki, həmin şagirdlər Qarabağ həqiqətlərini gələcəkdə dünyaya müxtəlif dillərdə çatdırsınlar. Şagirdlərimin arasında atası hərbçi, Vətən müharibəsi iştirakçısı, hətta qardaşı qazi olan da var. Bu gün Şəhidlər Xiyabanında mənə ən çox təsir edən məqam şagirdlərimdən birinin mənə: müəllim, getməyək, burada daha çox qalaq deməsi oldu... Budur Azərbaycan ! Gələcək etibarlı əllərdədir! Həmrəylik Günümüz mübarək! "