Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 17:00:00
Kanadada təhsil almağın ÖZƏLLİKLƏRİ

Kanada hazırda keyfiyyətli və mükəmməl təhsil sistemi ilə xarici tələbələrin diqqətini çəkən ölkələrdən biridir.

AzEdu.az xəbər verir ki, ölkədə dünya standartlarında təhsil verən çoxsaylı ali təhsil ocağı fəaliyyət göstərir. Universitetlərdə payız imtahan sessiyası sentyabrdan dekabra, qış sessiyası yanvardan aprelə, yaz sessiyası isə maydan iyula qədər davam edir.

Kanadada fərqli dövlətlərin vətəndaşları yaşadığına görə insanların dünyagörüşləri də bir-birindən fərqlənir.  Ölkədə hər millətin inanclarına, yaşam tərzinə hörmətlə yanaşılır.  Buraya son 150 ildə 15 milyondan çox imiqrant  üz tutub. Kanadada həm ingilis, həm də fransız dillərində təhsil almaq mümkündür. Məzun olduqdan sonra bir çox universitetin tələbəni işlə təmin etməsi buradakı təhsilin əsas üstünlüyü sayılır. İşlə təmin olunma şansı tibb, kompüter elmləri və neft-qaz mühəndisliyi ixtisasları üzrə daha yüksəkdir. Xüsusilə də tibb təhsili almaq istəyənlər üçün Kanada ideal ölkə hesab olunur. Kompüter elmləri sahəsində proqramlaşdırma, oyunların proqramlaşdırılması, süni intellekt sahələri inkişaf edib. Kanada oyun proqramlaşdırılması üzrə Amerika və Yaponiyadan sonra üçüncü sıradadır.  Toronto Universiteti kompüter elmlərinin Nobel mükafatı kimi qəbul edilən Turing Mükafatına layiq görülüb. Ölkədə ən populyar fakültə isə neft-qaz mühəndisliyidir. Kanada Səudiyyə Ərəbistan və Venesueladan sonra dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkədir. 

Dünya üzrə ən az cinayət Kanadada baş verir. Montreal bugün dünyanın ən yaxşı tələbə şəhəri kimi tanınır. Ölkənin müasir, əyləncəli eyni zamanda iqtisadi mərkəzi isə Torontodur. Yaşam və təhsil xərcləri digər ölkələrə nisbətən az olduğu üçün gənclər istədikləri qədər əyləncənin dadını çıxara bilərlər. 

Universiteti bitirdikdən sonra təqdim etdiyi iş imkanlarına görə Kanada demək olar ki, dünyada birincidir. Hər il 250.000-ə yaxın imiqrant işlə təmin edilir. Məzun olduqdan sonra tələbə işləmək üçün 8 aydan 3 ilə kimi iş axtara bilər. Yeni məzun olan tələbələrin 6 ay ərzində iş tapmaq imkanı olduqca yüksəkdir. Kanadada orta aylıq əməkhaqqı da yüksəkdir. Ölkədə xüsusi peşələr üzrə illik  gəlirləri diqqətə çatdırırıq: 

Neft-qaz mühəndisləri – 105.000 dollar

Təcrübəçi həkimlər – 125.000-260.000 dollar

İnformasiya texnologiyaları mühəndisi – 103. 000 dollar

Alimlər - 104.000 dollar

Uzman həkimlər - 140.000- 300.000 dollar

Xaricdə təhsil almaq istəyənlər üçün bu ölkə təbiətin gözəlliyi baxımından da cəzbedici məkandır.

Toronto və bir sıra ali təhsil müəssisələri dünyanın ən yaxşı universitetləri sırasına daxildirlər. Kanadada illik təhsil haqqı təxminən 10.000 dollardan başlasa da, təhsil və yaşam xərclərini qarşılayan təqaüd proqramları da mövcuddur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları