Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 12:55:00
Məktəblilər üçün qarışıq təhsil formatı iyun ayına qədər uzadılacaq

Sankt-Peterburqda məktəblilər üçün qarışıq öyrənmə imkanı yalnız üçüncü rübə qədər deyil, həm də tədris ilinin sonuna qədər uzatmağa qərar verilib. AzEdu.az rusiya mediasına istinadən xəbər verir ki, bunu şəhərin qubernator müavini İrina Potekina söyləyib.

Onun sözlərinə görə, bunun üçün tələb çox böyükdür. İlin qalan hissəsi üçün qarışıq-hibrid öyrənməyə davam edəcəyik.Hələlik nə olacağını bilmirik, amma qazanılan təcrübə əvəzolunmazdır ”-dedi Potekina.

 

“Moskva Bölgəsinin məktəblərində davamlı olaraq məsafədən təhsil formatının tətbiqi planlaşdırılmır”

Bu barədə bölgənin qubernatoru Andrey Vorobyov məlumat verib.

“Prezidentimizin(V.Putin) qeyd etdiyi kimi, müəllimlə şagird arasında canlı ünsiyyətin əvəzi yoxdur.

Buna görə təcili ehtiyac olmadan bir daha onlayn olmaq və uşaqları məktəbə getmək fürsətindən məhrum etmək istəməzdik”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları