Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-24 11:40:00
Azərbaycanlı şagird Pekin universitetinə tam təqaüdlə qəbul olundu

Dünyanın diqqətini cəlb edən istedadlı şagird və məzunlar BŞTİ-nin tabeliyindəki 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayeva Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.

O, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Azərbaycan vətəndaşlarının Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil layihəsindən uğurlu nəticə əldə edərək Pekin Universitetinin Tibb ixtisasına qəbul olubİstedadlı məzun, həmçinin 2020-2021-ci tədris ili üçün ABŞ-ın Cənubi Florida, Müqəddəs Luis, Arizona, Çikaqo, həmçinin Türkiyənin Koç, Sabancı, Bilkent və Yeditepe universitetlərində təhsil almaq hüququ qazanıb.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları