Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 13:00:00
Dünyanın nüfuzlu universitetlərinə qəbul şansınızı artıran imtahan - GMAT

Hər bir  xarici universitet öz şərtlərinə görə müxtəlif beynəlxalq imtahan sənədi tələb edə bilər. Həmin təhsil müəssisələrində oxumaq istəyənlər bu sənədi əldə etmək üçün hazırlaşıb imtahan verməlidir.

AzEdu.az belə imtahanlardan biri olan GMAT imatahnı haqqında məlumatı təqdim edir:

Graduate Management Admission Test (GMAT)-la  ABŞ-da  magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura  dərəcələrində təhsil almaq istəyənlər bu imtahandan keçməlidir. Amerika universitetlərinə bu pillələr üçün müraciət etdikdə sizdən GMAT imtahan sənədi tələb olunacaq. Təbii ki, bütün universitetlərdə belə deyil. GMAT-a oxşar imtahanlardan biri də GRE-dir bu haqda növbəti yazımızda məlumat verəcəyik.

GMAT vasitəsilə riyazi və analitik bacarıqlar yoxlanılır.

Bu imtahan da TOEFL kimi kompüter vasitəsilə keçirilir. Kompüterlə imtahan vermək mümkün olmadıqda isə yazılı olaraq vermək olar. Həmçinin  ingilis dili səviyyəsi ilə yanaşı, vacib olan ixtisasların da səviyyəsi yoxlanılır. 

GMAT-ın strukturu 4 əsas  hissədən  ibarətdir: Analitik yazı (analytical writing) biliklər, Kompleks Mühakimələr (İntegrated Reasoning), Oxuma (verbal), Riyazi (quantitative).

Birinci hissə 30 dəqiqə çəkir və tələbələrə təqdim olunan arqumenti qısa şəkildə tənqidedici fikirlərlə şərh etmələri tələb olunur.

Sonradan əlavə edilən Integrated Reasoning (IR) bölməsində 12 sual olur. Burada dörd tip suallar yer alır: Cədvəl analizi, qrafik təsvir, çoxəsaslı fikir yürütmə və iki hissəli analiz. Bu bölməyə də 30 dəqiqə vaxt ayrılır.

Üçüncü hissə olan Verbal - Cümlə düzəltmə, kritik mülahizə və oxuyub anlamanı əhatə edən 41 sualdan ibarətdir. 45 dəqiqə ərzində bu sualları tamamlamaq lazımdır.

Riyazi (Quantitative) hissədə 37 sual olur. Bunlar məsələ həlli və informasiya yetərliliyi olaraq iki yerə bölünür. Bu hissə üçün 75 dəqiqə vaxt verilir.
Kompüter hər çoxvariantlı sual olan hissənin əvvəlində testin çətinlik səviyəsini orta dərəcə olaraq təyin edir.

Kompüter formatında olan hissələr (Verbal and Quantitative) kompüterə uyğunlaşdırılmış olduğundan sualların çətinlik səviyyələri hər insanın əvvəlki sualda verdiyi cavablara uyğun olaraq nizamlanır. Bu üsulla test iştirakçısının cavabı kompüter vasitəsi ilə qiymətləndirilir.

Hər rəsmi GMAT imtahanında faktiki test sualları arasında təcrübə xarakterli suallara da yer verilir, lakin hansı maddələrin sınaqdan keçirildiyini və hansı sualın eksperiment sualı olduğunu bilmək mümkün deyil. Buna görə də hər bir suala eyni diqqətlə yanaşmaq lazımdır. İmtahan verənin GMAT nəticəsi tamamladığı sual sayından, hər sualın çətinlik səviyyəsindən və düzgün cavabların sayından asılıdır.

İmtahan ümumilikdə üç saat yarım davam edir.

GMAT balları 5 il müddətində etibarlıdır. Ən yüksək nəticə isə 800 baldır.                                                                            

GMAT imtahanı hazırda yalnız MBA proqramı üçün daha məşhurdur. Buna görə də dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər.