Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-22 19:50:00
Təhsil naziri özünə ad günü keçirən məktəb direktoruna şiddətli töhmət verdi - VİDEO

Təhsil naziri Emin Əmrullayev karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət verib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Məlumata görə, məktəb direktoruna sonuncu xəbərdarlıq edilib.

 

Qeyd edək ki, Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları