Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-22 15:00:00
AMEA: Ermənilər Kəlbəcərdə mineral su bulaqlarını istismar edib

"Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa, mal-qaranın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar".

 

AzEdu.az  xəbər verir ki, bunu AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

 

Şöbə müdiri işğal dövründə təkcə Kəlbəcərdəki mineral su bulaqları istismarının ölkəyə 7,5 milyard həcmində ziyan vurduğunu nəzərə çatdırıb.

 

O qeyd edib ki, ermənilər həmin suları qablaşdıraraq öz adları ilə ixrac ediblər: "Bizə məxsus qızıl, civə yataqlarından onların əldə etdikləri gəlir isə qat-qat artıq olub ki, bu da bizim itkilərimizin hesabınadır". (report.az)