Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-22 13:35:00
Məktəblər Qarabağa həsr olunmuş onlayn sərgilər keçirir  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələrinə həsr olunmuş onlayn sərgilər keçirilir.

 

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə,  onlayn sərgilər “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq təşkil edilir. Əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, uşaq və gənclərin bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.

 

Sərgilərdə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri və rəsmlər nümayiş etdirilir. Həmçinin Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları və tanınmış şəxsiyyətlərindən bəhs edən videoçarxlar nümayiş olunur.