Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 10:26:00
Ali məktəblər üzrə yay imtahanlarına sənəd verən abituriyentlərin sayı AÇIQLANDI  

Ali təhsil müəssisələrinə yay imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün sənəd qəbulu mayın 17 si başlayıb iyunun 20-də başa çatıb.

Ali təhsil müəssisələrinə yay qəbul imtahanı I və IV qruplar iyulun 18-də, II və III qruplar iyulun 26-da, V qruplar isə iyulun 10-da keçiriləcək

Maraqlıdır, yay imtahanlarında nə qədər abituriyent Sənəd Qəbulu Komissiyasına ərizə verib? 

AzEdu.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən qruplar üzrə sənəd verənlərin statistikasını təqdim edir. 

Yay imtahanına sənəd verənlərin sayı bu qədərdir.

Azərbaycan bölməsi üzrə

I  - 20090

II - 13604

III - 15694

IV - 4116 

Rus bölməsi üzrə

I - 1666

II - 1373

III - 1215

IV – 485

Bunların cəmi

I - 21756

II - 14977

III - 16909

IV- 4601

Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanına qeydiyyatı olub yay imtahanına da qeydiyyatdan keçən abituriyentlərin sayı  56587 nəfər

Təsdiq edilmiş elektron ərizələri olmayan və sonradan elektron ərizə doldurub qeydiyyatdan keçən abituriyentlərin sayı  3880 nəfər

Təsdiq edilmiş elektron ərizədə qeyd olunmayan imtahan seçimlərini elektron ərizəyə əlavə edən abituriyentlərin sayı  6237 nəfər.