Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 17:21:00
Avropa universitetlərindən imtina edib Vətən müharibəsinə qatılan şəhid – Elşən Salayev

 

 

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 2019-cu il məzunu Salayev Elşən Vətən müharibəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

 

AzEdu.az şəhid olan qəhrəmanın təhsil fəaliyyətini təqdim edir:

 

 

Elşən Salayev 2015-ci ildə 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub. 2017-2018-ci illərdə  Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirakçısı olub. O, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak edib.

 

 

Rus və ingilis dillərini bilən Elşənin vətən eşqi onun təhsil sevgisindən üstün idi.

 

Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bilib. Elşən Salayev Azərbaycanın tarixini onun keçmişini öyrənərək gələcəyi üçün faydalı gənc olmaq istəyirdi, ancaq onun xəyalları, planları yarımçıq qaldı.

 

Şəhid Salayev Elşən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Ruhu şad olsun!

 

Mənbə:Azərbaycan universitetləri

Şükufə Süleymanlı
Müəllifin digər yazıları