Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 14:25:00
Azərbaycan sağalma sayı yoluxmanı KEÇDİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4124 yeni yoluxma faktı qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, ötən müddət ərzində isə ümumilikdə 2 016 003 test aparılıb.