Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 13:04:00
Qarabağda yaradılacaq universitet,MİQ-in onlayn müsahibə mərhələsi-Təhsil İcmalı 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 7-13 dekabr tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Summativ qiymətləndirmə keçirilməyəcək

 

 

Distant təhsilin davam etdiyi bu günlərdə şagirdlərin qiymətləndirilməsinin necə həyata keçiriləcəyi əsas məsələlərdən biridir.

 

 

Təhsil Nazirliyindən bildirilib ki,hazırda  şagirdlərin kiçik summativ qiymətləndirilməsinin aparılması uyğun hesab edilmir.

 

 

Repetitor xidməti və kursların fəaliyyəti dayandırılır

 

 

Ölkədə repetitor xidməti və tədris kurslarının fəaliyyəti dayandırılır.

 

 

Bu barədə məsələ Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında yer alıb. 

 

 

Onlayn müsahibələrin keçiriləcəyi tarix şəxsi səhifələrə göndərilib

 

 

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix barədə məlumat göndərilib. Müsahibəyə qoşulmaq üçün keçid linki namizədlərin elektron poçt ünvanlarına göndəriləcək. Namizədlər eyni zamanda şəxsi səhifələrinə daxil olaraq videotəlimatla tanış ola bilərlər.

 

 

“Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri keçiləcək-RƏSMİ

 

 

 

“Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərslərinin yayımına start veriləcək”.

 

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

 

O, dərslərdə ən çox verilən sulların cavablandırılacağını da bildirdi.

 

 

Qarabağ Universiteti yaradılacaq

 

 

Qarabağ Regional Elmi Mərkəzi və Qarabağ Universiteti yaradılacaq.

 

 

Bu barədə dünən keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.

 

 

Qeyd edilib ki, mərkəzin və universitetin formalaşdırılmasına elmi və kadr dəstəyinin göstərilməsi, cihaz və qurğularla təminatı nəzərdə tutulur.

 

 

Əvvəlki illərin məzunları bu formada imtahan verəcəklər       

 

 

Əvvəlki illərin məzunları  orta məktəbi ənənəvi qaydalarla bitirsələr də, 11-ci siniflərlə eyni formada imtahan verəcəklər.

 

 

Bu haqda Dövlət İmtahan Mərkəzi rəsmi feysbuk səhifəsinə ünvanlanan sualları cavablandırarkən məlumat verib.

 

 

Təhsil naziri "Məktəblinin dostu" layihəsinin əməkdaşları ilə görüşüb

 

 

Dekabrın 11-də təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə videogörüş keçirib.

 

 

Layihənin 4 yaşı münasibətilə təşkil edilən görüşdə təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, layihənin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

 

 

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

 

 

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq.

 

 

Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər planı”nda əksini tapıb.

 

 

Akademiyanın Rəyasət Heyətinin növbəti iclasında Tədbirlər planı müzakirə olunub.

 

 

Qarabağ Geoloji Fondu Muzeyi formalaşdırılacaq

 

 

Azərbaycanın işğaldan azad edilən ərazilərində Qarabağ Geoloji Fondu Muzeyi yaradılacaq.

 

 

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev deyib.

 

 

Qarabağda astronomik stansiya qurulacaq

 

 

AMEA Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planı hazırlayıb.

 

 

Akademiyadan verilən məlumata görə, tədbirlər planında AMEA-nın Regional Şuşa Elmi Mərkəzinin yaradılması və həmin mərkəzdə digər elm sahələri ilə yanaşı, bölgənin ehtiyacına uyğun fizika məsələlərinin və təbii sərvətlərin fiziki xassələrinin tədqiqi üzrə Fizika Bölməsinin təşkil olunması öz əksini tapıb.

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları