Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-21 11:04:00
İxtisas seçimi, "virtual məktəb"-Həftənin Təhsil İcmalı 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 14-20 sentyabr tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Kolleclərə keçid balları elan edilib:

 

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib.

 

Jurnalın bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

 

Direktorların işə qəbulu müsabiqəsi bu tarixdə keçiriləcək

 

Direktor vəzifəsinə işə qəbul üzrə  müsabiqənin  yaxın zamanlarda keçirilməsi nəzərdə tutulur.

 

DİQ müsabiqəsi müəllimlərin işə qəbulunun vakant seçim hissəsi tam şəkildə başa çatdıqdan sonra növbəti aylarda keçiriləcək.

 

Hər qrup üzrə bu qədər abituriyent ixtisas seçimi edib 

 

“I ixtisas qrupunda 13287, II qrupda 9104, III qrupda 13434, IV ixtisas qrupunda  3303, V ixtisas qrupunda isə 15000-dən çox abituriyent artıq ixtisas seçimini edib”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin rəsmi feysbuk səhifəsində təşkil olunan canlı yayımda qurumun sector  müdiri  Xanlar Xanlarzadə bildirib.

 

11 illik bazada kolleclərə ixtisas seçimi bu tarixdə keçiriləcək

 

11 illik bazada kolleclərin ixtisas seçimi sentyabrın 20-dən sonra keçiriləcək. Konkret tarixlər barədə məlumat veriləcək.

 

DİM sədri I qrupun ən yüksək və ən aşağı ballı ixtisaslarını açıqlayıb          

 

 “Keçənilki nəticələrə görə I ixtisas qrupunda ən yüksək keçid balı olan ixtisaslar BANM-da “İnformasiya təhlükəsizliyi”, “Neft və qaz mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması” dır. “Maşın mühəndisliyi”, “Yer quruluşu” 200 ballıq ixtisaslardlr. Keçən il ən aşağı balı olan ixtisaslardır. Bunlar müxtəlif universitetlərdə tədris olunur”.

 

Bunu DİM sədri M.Abbaszadə canlı yayım zamanı deyib. O, bir ixtisasın müxtəlif universitetlərdə tədris olunduğunu və abituriyentin buna xüsusi diqqət etməsi gərəkdiyini vurğuladı:

 

 “Məsələn, Riyaziyyat və informatika müəllimliyi 15 müxtəlif universitetdə tədris olunur. Keçid balları bir birindən fərqlidir. Bu ixtisasda oxumağı düşünən hər kəs müxtəlif universitetləri balına uyğun qeyd edə bilər.Dövlət sifarişli ixtisasların keçid balları ölkə üzrə formalaşır”.

 

Təhsil Nazirliyi: "Yalnız bu namizədlərin işə qəbulu rəsmiləşəcək"

 

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlərə müraciət edib.

 

Nazirlikdən  verilən məlumata görə, elektron yerləşdirmələr aparıldıqdan sonra müsabiqədə vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə zəruri sənədlər və işə qəbulun nəticəsinə dair çıxarış göndərilir.

 

“Virtual məktəb”in yenilənmiş saytı istifadəyə verilib

 

Yeni tədris ilində “Virtual məktəb”in yenilənmiş saytı  istifadəyə verilib.

 

Yenilənmiş saytın müvafiq bölmələri və xüsusiyyətləri barədə məlumat təqdim olunur:

 

“Virtual məktəb" ilə bağlı 146-4 “Qaynar xətt” xidməti istifadəyə verilib

 

Sentyabrın 15-dən etibarən “Virtual məktəb" layihəsi ilə bağlı 146-4 “Qaynar xətt” xidməti istifadəyə verilib. 

 

Nazirlikdən verilən məlumata görə, daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq, vətəndaşlara digər alternativ resurslardan istifadə imkanları yaradılıb.

 

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb. 

 

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər. 

 

Rezidenturaya ixtisas seçimi başlayıb

 

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.

 

Sentyabrın 21-dən başlayan ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları