Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-31 11:12:00
İmtahanların dəqiq tarixi, abituriyentlərin gözlədiyi əsas xəbərlər-Həftəlik İcmal

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə  24-30 yanvar tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Koronavirusa görə distant tədrisə keçən məktəblərin sayı açıqlanıb:

 

Təhsil Nazirliyindən bildirilib ki, hazırda 1 məktəb və 87 sinif distant formada tədrisə davam edir.

 

COVID-19-a yoluxan şagirdlərin sayı məlum olub:

 

Yanvarın 23-nə olan məlumata görə ölkədə faəliyyət göstərən ümumtəhsil müəssisələrində oxuyan 161 şagird koronavirusa yoluxub.

 

DİM informatika fənni üzrə imtahan modelini təsdiqləyib:

 

Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.

 

Mərkəzin yaratdığı işçi qrupu informatika fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanan qəbul proqramına uyğun imtahan modelini təsdiqləyib.

 

Mart və aprel aylarında keçiriləcək imtahanların tarixləri açıqlanıb:

 

Mart və aprel aylarında tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, dövlət qulluğuna (A və B növü) qəbul imtahanı və digər imtahanların keçirilməsi nəzərdə tutulur.

 

Buraxılış imtahanlarının vaxtı məlum olub:

 

11-ci siniflər üçün buraxılış imtahanları Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi üzrə martın 5-də, Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda isə martın 6-da keçiriləcək.

 

11-ci siniflər üçün buraxılış imtahanları Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmazda martın 12-də, Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri üzrə isə martın 13-də olacaq.

 

9-cu siniflər üçün (I zona) 16 və 17 apreldə, II zona 23-24 aprel, III zonada isə 30 aprel- 1 mayda olması planlaşdırılıb.

 

Kolleclərə qəbul imtahanının vaxtı açıqlanıb:

 

11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 2-3 apreldə keçiriləcək.

 

Həmin tarixdə eyni zamanda əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə də qəbul imtahanı olacaq.

 

DİM qəbul proqramlarında edilən dəyişiklikləri açıqlayıb:

 

Yeni iqtisadi zonalarla bağlı coğrafiya fənni üzrə qəbul proqramına tapşırıqlar salınacaq. Hansı ki, həmin məlumatlar dərsliklərə salınmayıb. Ona görə də bununla bağlı materiallar hazırlanıb və DİM-in saytında yerləşdirilib. Eyni zamanda tarix fənnində də material yenilənib və o da saytda yerləşdirilib. Vətən müharibəsində qazanılan qələbə ilə bağlı tarix fənnində dəyişiklik edilib. İndiki 11-cilər bu dəyişiklikləri məktəbdə keçmədiklərindən DİM bununla bağlı müəyyən işlər görüb. Daha bir dəyişiklik ədəbiyyat dərsliyi ilə bağlıdır. Bəzi yeni əsərlər proqrama əlavə olunub. Əsərlərin bir neçə hissəsi artıq saytda yerləşdirilib. Bu yeni deyil, proqrama daxil edilən əsərlərdir. Məktəbdaxili qiymətləndirmə də aparılıb.

 

Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb:

 

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün magistraturaya qəbul elan edib.

 

Mərkəzdən  verilən məlumata görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilib.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları