Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 11:04:00
Yeni tədris ilinə hazırlıqlar,MİQ-in nəticələri-Təhsil İcmalı

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 7-13 sentyabr tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib

 

2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçiminə start verilib.

 

Müəllimlərə köməkçilər təyin edilib

 

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik təklif olunur.

 

Qanunun əsas anlayışlar bölməsinə 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilir.

 

1.016. müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edib.

 

Dərs ibtidailərdə  25, V-XI siniflərdə isə 30 dəqiqə olmayacaq 

 

“İbtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

 

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.

 

Onun sözlərinə görə, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək.

 

Ali məktəblərə yerləşdirmə bu tarixdən aparılacaq

 

“Sentyabrın 20-dən sonra ali məktəblər üçün ümumi yerləşdirmə aparıla biləcək”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

O bildirib ki, builki imtahanlarla əlaqədar 400 minə yaxın insana xidmət göstərilib.

 

Bakı, Sumqayıt və Abşeronda  bağçalar bu tarixdə  açılacaq

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

 

Yeni dərs ili üçün nümunəvi cədvəllər hazırlanıb

 

Yeni tədris üçün dərs cədvəli nümunəsini  təqdim edilib. Bu nümunələr 4 müxtəlif  situasiyanı əhatə edir:

 

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

 

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə

 

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

 

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

 

Ali məktəb, kollec və peşə təhsili müəssisələrində maskadan istifadə məcburi olacaq

 

Xüsusi karantin rejimi dövründə təhsilalanlara dair tələblər açıqlanıb. 

 

Bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin  təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib. 

 

III qrup üzrə ixtisas seçəcək bu qədər abituriyent qəbul oluna bilməyəcək

 

“III ixtisas qrupunda 12286 plan yeri var. Müsabiqəyə buraxılanların sayı isə 15368 nəfərdir. Bu göstərici onu deyir ki, 3082 nəfər abituriyent universitetə qəbul olmayacaq”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının  sədri Məleykə Abbaszadə canlı yayım zamanı deyib.

 

Müəllimlərdən COVİD-19 testindən keçmək tələb olunacaq

 

“Müəllimlərin COVİD-19 testindən keçməsi onlarda hər hansısa simptom aşkarlandıqda tələb ediləcək”

 

Nazirlər Kabinetinin “Karantin rejimi” dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib:

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı

 

Müəllimlərin işə qəbulu üzrə cari ilin 8-9 sentyabr tarixlərində keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Kolleclərə ixtisas seçimi bu tarixdə aparılacaq

 

“11 illik təhsil bazasından kolleclərə seçim ali məktəblərə ixtisas seçimi edildikdən sonra baş tutacaq”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə DİM-in facebook üzərindən olan canlı yayımı zamanı deyib.

 

O, deyib ki, kolleclərə ixtisas seçimi yaxın zamanda baş tutacaq.

 

Məktəblərdə KSQ-lərin sayı azaldılacaq

 

Ümumi təhsil müəssisələrində Kiçik Summativ Qiymətləndirmələrin (KSQ) sayı azaldıla bilər. 

 

Bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib. 

 

Onun sözlərinə görə, yeni tədris ilində KSQ-lərin sayının azaldılması nəzərdə tutulur. 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları