Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 21:32:00
İnformasiya Texnologiyaları İnstitutunda yenilik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda daha bir yenilik edilib. AzEdu.az xəbər verir ki, institutda fəaliyyət göstərən Elektron Kitabxana Mərkəzində Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə edilən “Exlibris” şirkətinin “Alephino” kitabxana idarəetmə sistemi tətbiq olunur.

İnstitutdan verilən məlumata görə, sistemin tətbiq edilməsində məqsəd resursların meta-verilənlərinin hazırlanması, sifarişlərin idarə olunması, oxuculara xidmətin göstərilməsi, müxtəlif tərkibli hesabatların hazırlanmasıdır. Ən müasir texnologiyalarla təchiz edilmiş kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti üçün 3M texnologiyası da quraşdırılıb.