Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-17 17:00:00
Rektorun barəsində yazdığı əsgər tələbə -  “Öz biznesimi  qurmaq  istəyirəm”

 

 

44 gün  davam  edən  Vətən  müharibəsi  Azərbaycan  ordusunun  tam  qələbəsi  ilə  başa  çatdı.

 

Bu  haqq  savaşı  zamanı  döyüş  meydanında  qəhrəmanlıq  göstərənlər  arasında  universitet  tələbələri  və  məzunları  da  yer  alır.

 

AzEdu.az  xəbər  verir  ki,  onlardan  biri  də  UNEC  tələbəsi  Ceyhun  Əsədovdur.

 

Əvvəlcə  qəhrəmanımızı  tanıyaq:

 

“Ceyhun  Əsədov,  Xəzər  rayon  Binə qəsəbəsi  136  saylı  tam  orta  məktəbi  bitirmişəm.  Hazırda  Azərbaycan  Dövlət  İqtisad  Universiteti, Biznesin  idarə  edilməsi  fakültəsinin  qiyabi  III  kurs  tələbəsiyəm.  Bu  universitet  və  ixtisasda  təhsil  almaq  uşaqlıq  arzum  idi”

 

Müddətli  hərbi  xidmətdə  olduğu  zaman  döyüşlər  başlayıb

 

“2019-cu  ilin  iyul  ayında  müddətli  hərbi  xidmətə  yollandım.  Mən  müddətli  hərbi  xidmətdə  olarkən  cəbhədə  döyüşlər  başladı. Cəbrayıl, Şuşa  və  digər  istiqamətlərdə  gedən  döyüşlərdə  iştirak  etmişəm. Hərbi  xidmətdən  yayınanlara  demək  istəyirəm  ki,  hər  kəsin  vətənə  borcu  var  və  onu  ödəməlidir.”

 

Gələcəkdə  öz  biznesini  qurmaq  istəyir

 

“Qayıtdıqdan  sonra  ilk  olaraq  təhsilimi  qaldığım  yerdən  davam  etdirəcəm. Universiteti  bitirdikdən  sonra  isə  öz  biznesimi  qurmaq  istəyirəm. Qiyabi  təhsil  aldığım  üçün  universitetlə  yanaşı  mühasib  kimi  fəaliyyət  göstərirdim.”

 

Hər  kəsə  salam  deyir

 

“Ürəyimdə  demək  istədiyim  çox  söz  var,  ancaq  bunları  sözlə  ifadə  edə  bilmirəm.  Sadəcə  qrup  yoldaşlarıma  və  hər  kəsə  salam  deyirəm”

 

Qeyd  edək  ki,  UNEC-in  rektoru  Ədalət  Muradov  ötən  həftə facebook  hesabında  Ceyhun  Əsədovla  bağlı  paylaşım  edərək  onunla  qürur  duyduğunu  bildirmişdi.