Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-17 16:45:00
“İşğaldan sonra  bir çox məktəblər Xocalıdan ayrıldı” – Rayonun təhsil rəhbəri

 

 

“Arzulayırıq ki, tezliklə Xocalıya-el, obamıza qayıdıb, orada doğma elimizdə fəaliyyətə başlayaq. Təhsilimizin inkişafı naminə ən yüksək səviyyədə-məcburi köçkün olduğumuz vaxtlardan qat-qat artıq çalışacağıq”.

 

 

Bunu AzEdu.az-a açıqlamasında Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev deyib. O, Xocalı məktəbləri ilə bağlı statistikanı da qeyd etdi:

 

 

“Orada ümumtəhsil mərkəzləri tikilib istifadəyə verildikdən sonra fəaliyyətimizi günün tələblərinə uyğun təşkil edəcəyik.

 

Xocalı işğal olunmamışdan öncə rayonda xeyli məktəb fəaliyyətdə idi. Xocavənd, Hadrut və Ağdərə məktəbləri də Xocalının tabeliyində idi. Ümumilikdə 50-dən artıq məktəbimiz vardı. Mən də Xocalıda məktəb direktoru kimi çalışmışam. İşğaldan sonra həmin bölgələrin məktəbləri Xocalıdan ayrıldı. Hazırda 12 ümumtəhsil məktəbimiz və 1 uşaq gənclər inkişaf mərkəzimiz fəaliyyətdədir.

 

Məktəblərimiz Bakıda, Oğuzda, Şəkidə və Gəncədə yerləşir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları