Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-15 14:17:00
UNEC-də “Qarabağ müzakirələri”nə start verilir

Noyabrın 16-da keçiriləcək ilk müzakirələr “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusuna həsr olunacaq.

 

AzEdu.az xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə millət vəkili Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC İAETİ-nun dosenti Fərhad Mikayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər.

 

Müzakirələr saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq. İştirakçıların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılacaq.

 

Mövzu iə maraqlananları müzakirələrə dəvət edirik. Maraqlı olacaq.