Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-13 10:54:00
  Şuşa məktəbinin direktoru: “Köçərli müəllimimiz, Süleyman Ələsgərov məzunumuz olub”

 

“Yaxın zamanda Şuşaya geri qayıdıb, təhsilimizi orada   davam  etdirəcəyik”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Şuşa şəhər 1 saylı orta məktəbin direktoru Gülnar Qurbanova deyib.

 

O, yaxın zamanda bütün şuşalıların öz doğma torpaqlarında təhsillərini davam etdirəcəyini söyləyib:

 

Şəhər məktəbi 1890-cı ildə fəaliyyətə başlayıb. İlk dəfə 18 şagird bu təhsil müəssisəsində dərs alıb. Həmin məktəb  Zaqafqaziyada ilk təhsil ocağıdır. Sonra isə bura Şuşa şəhər 1 nömrəli orta məktəb adı ilə fəaliyyət göstərdi. İşğal illərindən sonra isə məktəb  Yasamal rayon 38 nömrəli məktəb adı altında quruldu. Bu bölgədə  2015-ci ilə kimi fəaliyyət göstərdik. Həmin il prezidentin sərəncamına əsasən məktəb Yeni Yasamal Əsəd Əhmədov küçəsində tədris həyatına başladı. Hazırda məktəbimizdə 1066 şagird təhsil alır. 67 nəfər müəllim təhsil müəssisəmizdə fəaliyyət göstərir.

 

Müəllimlər həm rus, həm Azərbaycan bölməsi üzrə dərs keçirlər. Ötən əsrin əvvəllərindən etibarən  məktəbimizi bitirən bir çox ziyalı insanlar olub. Onların sırasına  Firudin bəy Köçərli də daxildir”.

 

Gülnar Qurbanova Şuşa məktəbinin təhsil göstəricilərindən söz açıb:

 

“Mən 2018-ci ildən direktor müavini olaraq bu məktəbdə  iş həyatıma başladım. 2019-cu ildən isə direktor təyin edildim. İnşallah yaxın zamanda Şuşaya geri dönüb, təhsilimizi  davam etdirəcəyik. Məktəbimiz Şuşaya köçəcək və orada  yeni tədris həyatımıza başlayacağıq.

 

 

İndiyə kimi nəticələrimiz yüksək olub, inşallah Şuşada da yaxşı nəticələr əldə edəcəyik. Bir çox qızıl medal əldə edən şagirdlərimiz olub.

 

 

İnanıram ki, indiyə kimi olan uğurlarımız daha da artacaq. Ümumi nəticələrimiz daha da yüksək olacaq, hazırda Bakıda yerləşən məktəblərimiz Şuşada daha da  inkişaf edəcək.

 

Əşrəf Abbasov və Süleyman Ələsgərov kimi şəxslər məktəbimizi bitirib.

 

Yasamal rayonu ərazisində fəaliyyət göstərən məktəbimiz bütün müasir standartlara cavab verir.

 

Burada yalnız köçkün məktəblərinin şagirdləri deyil, digər vətəndaşlarımız da təhsil alır. Bir çox ölkələrdən də burada təhsil alan şagirdlər var. Müəllimlərimizin sırasında Əməkdar müəllim və “Tərəqqi” medalı alan təhsil işçilərimiz də ”.

 

Qeyd edək ki, 8 noyabrda Qarabağın ürəyi sayılan Şuşa işğaldan azad edildi. Xalqımızın böyük sevincinə səbəb olan bu tarixi hadisə Şuşanın təhsil ictimaiyyətini də qürurlandırıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları