Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-05 11:38:00
UNEC-də seminar: Plastik qablaşdırma tullantılarının ətraf mühitə zərərinin azaldılması  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Plastik qablaşdırma tullantılarının ətraf mühitə zərərinin azaldılması” mövzusunda onlayn seminar keçirilib.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, seminar Prezidentin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan tələblər çərçivəsində keçirilib.

 

Tədbirdə Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının dosenti İlqar Xəlilov “Plastik qablaşdırma tullantılarının ətraf mühitə zərərinin azaldılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda plastik qablaşdırma məhsullarından kütləvi istifadənin ətraf mühitə, bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsiri, bu təsirin azaldılması üçün onların toplanılması, daşınması, utilizasiyası və təkrar emalı imkanları, alternativ qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsi, habelə müvafiq sahənin idarəolunma sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə görülən işlər barədə məlumatlar diqqətə çatdırılıb.

Sonda tələbələrin sualları cavablandırılıb.