Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-04 10:12:00
Qubadlı məktəbinin şagirdi prezident təqaüdünə layiq görüldü 

Qubadlı rayon H. Quliyev adına Çaytumas məktəb-liseyin məzunu Hüseynli Pərizad Nizami qızı prezident təqaüdünə layiq görülüb. 2020-ci il buraxılış və ali məktəblərə qəbul imtahanlarında ümumilikdə yüksək nəticə göstərərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən təqaüdə layiq görülməklə rayonumuzun təhsilində növbəti uğura imza atıb. 

 

Hüseynli Pərizad Nizami qızını Qubadlı Rayon Təhsil Şöbəsi adından təbrik edir, uğurlarının davamlı olmasını, hər daim doğma vətəninə, millətinə ləyaqətlə xidmət etməsini arzu edirik.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları