Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 15:51:00
Siyəzəndə 960 şagird yerlik dördmərtəbəli məktəb binası inşa olunur - FOTO

Siyəzən şəhərində 960 şagird yerlik dördmərtəbəli məktəb binası inşa olunur.

 

AzEdu.az xəbər verir ki, Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəb üçün yeni binan inşasına iyun ayından başlanılıb.

 

Dördmərtəbəli tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.

 

İş icraçısı Samir Pirmətov bildirib ki, tikinti işləri plana əsasən və karantin rejiminin qaydalarına uyğun davam etdirilir. Hazırda bloklarda beton və hörgü işləri yekunlaşmaq üzrədir.

 

Məktəbin direktoru Rəşad Rəhmanov bildirib ki, orta məktəbin köhnə binası 64 il öncə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı. Tikinti işləri başa çatdıqdan sonra məktəb binası müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini fəaliyyət göstərəcək.

 

Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq. (Azərtac)