Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 12:10:00
Xarici ölkələrdə məktəblərin son halı-TƏSİRLİ FOTOLAR

2020-ci ilin yazında hər birimiz ümid edirdik ki, koronavirus pandemiyası uzun çəkməyəcək və ilin sonunda yenidən məktəbə qayıtmaq mümkün olacaq. Təəssüf ki, belə olmadı. Hardasa dünyanın heç bir ölkəsində həyat COVİD-19-dan öncəkinə dönmədi. Virus təkidlə davam etdi və bu günədək heç sınanmamış üsullarla təhsil davam etdi:Evlərdə, açıq havada, maskalı, maskasız və s. Bəzi ölkələrdə şagirdlər həftədə 5 gün dərsə getdikləri halda, başqa ölkədə tədris evdə davam edir. Dünyanın ən yoxsul ölkələrində milyonlarla uşaq pandemiya başladığından bəri məktəbə geri qayıda bilmədi.

 

AzEdu.az dünyanın müxtəlif ölkələrində təhsilin hazırki durumunu əks etdirən fotoları təqdim edir:

 

Filippin:

 

 

Bu ölkədə elan olunub ki, COVİD-19-a qarşı vaksin hazırlananadək məktəblər qapalı qalacaq və distant təhsil modeli tətbiq olunacaq.

 

 

Hindistan:Dövlət məktəbində maskaları taxıb dərsə qatılan şagirdlər :

 

Almaniya:

Məktəbin havalanması üçün siniflərin pəncərələri daim açıq saxlanılır.

 

ABŞ:

Dövlət məktəbinin şagirdləri Nyu-yorkda incəsənət və dünyagörüşü dərslərinə qatıla bilir.

 

Əlcəzair:

Paytaxtda ənənəvi dərslərin yenidən başladı və şagirdlər maska taxaraq qatıldılar.

 

 

Rusiya:

 

Müəllim boş sinifdə şagirdlərə onlayn formada dərs izah edir.

Argentina:

Liseyin son sinif şagirdləri COVİD-19 səbəbindən həyətdə sosial məsafəni gözləyərək dərsə qatılıb.

İspaniya:

Madriddə bir müəllim bağçada uşaqların hərarətini ölçən robot haqqında məlumat verir. İspaniya, Avropada 1 milyondan çox koronavirus xəstəsi aşkar edilən ölkələr sırasında birincidir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları