Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 17:06:31
Azərbaycan təhsilində unikal hadisə - “Səsli dərslik” layihəsinin təqdimatı keçirilib -FOTOLAR  

İyun ayının 20-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Səsli dərslik” layihəsinin Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə ilkin təqdimatı keçrilib. Tədbiri giriş sözü ilə açan məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini və layihə rəhbəri Nofəl Şirinov öncə layihənin mahiyətindən danışaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında  Strateji hədəflər və tədbirlərdən biri, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir. “Səsli dərslik” layihəsi də bu ehtiyacdan qaynaqlanaraq hazırlanıb. Layihənin məqsədi VI sinif şagirdləri eləcə də fiziki imkanları məhdud olan  uşaqlar üçün İKT-dən istifadə edərək ədəbiyyat fənni üzrə elektron resursların hazırlanmasıdır.

N.Şirinov daha sonra bildirdi ki, Qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində "Səsli Dərslik" layihəsi çərçivəsində birsıra işlərin görülməsi planlaşdırılıb. Təşkilati işlərlə yanaşı VI siniflərə aid olan ədəbiyyat dərsliyindəki bədii mətnlər perspektiv planlaşdırmanın tələblərinə uyğun ardıcıllıqla professional diktor  və qiraətçilər tərəfindən studiya şəraitində səsləndiriləcək. Yaradılan resursların hamı tərəfindən əlçatan olması üçün  sesliderslik.az saytı yaradılaraq bütün resurslar həmin saytda yerləşdiriləcək.

Daha sonra layihənin təqdimatı gerçəkləşdirildi. Təqdimat zamanı da bildirildi ki, layihə iyun ayının 20-dən başlayaraq Noyabr ayının 20- nə kimi davam edəcək. 5 ay müdətində layihənin icra planında nəzərdə tutulan bütün işlər yekunlaşdırılacaq. Layihənin gedişi və yekunu ilə bağlı məlumatlar mütamadi olaraq KİV –nə veriləcək. Təqdimatdan sonra söz alan məktəbin müəllimləri və qonaqları layihə haqqında nüsbət fikirlər səsləndirdilər.

Qeyd edək ki, layihənin informasiya dəstəyi AzEdu.az təhsil portalıdır.