Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-18 12:20:00
BDU-ya 1 saniyədə əməliyyatlar həyata keçirən kompüterlər gətiriləcək

 

“Yay aylarında  Bakı  Dövlət  Universitetinə yeni kompüterlərin gətirilməsi nəzərdə tutulub”.

Bu sözləri AzEdu.az-ın ixtisas seçimi ilə bağlı treninqi zamanı Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru,  professor  Sani Hacıyev deyib. Onun sözlərinə görə, ali təhsil ocağı tələbələrin hər cür şəraitlə təmin olunması üçün əlindən gələni edir:

“Yay aylarında mexanika-riyaziyyat fakültəsinə müasir standartlara cavab verən kompüterlər gətiriləcək. Bu kompüterlər 1 saniyədə həyata keçirdikləri əməliyyatların sayına görə fərqlənəcək və tələbələrin təcrübi bacarıqlarının artırılmasına xidmət edəcəklər ” .

Qeyd edək ki, AzEdu.az  17 iyunda abituriyentlərə düzgün ixtisas seçimində kömək etmək məqsədilə,  xüsusi treniniq keçirib.

Treninqdə I ixtisas qrupu üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, II ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetində rektor köməkçisi Ramil Cabbarov, III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev, IV ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri Samir Cavadov məruzəçi kimi çıxış ediblər.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları