Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 17:54:00
UNEC müəllimi olmaq istəyənlərin nəzərinə 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu ali məktəbin tələbələrinə karyera planlaşdırılması istiqamətində zəruri bilikləri öyrətmək, iş dünyasında xüsusi əhəmiyyətə malik bacarıqlar aşılamaq, şəxsi və peşəkar inkişaf meyarlarını tədris etmək arzusunda olan hər kəsi müəllim kollektivinə qoşulmağa dəvət edir.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, karyera planlaması, yumşaq bacarıqlar (Soft skills) və sərt bacarıqlar (Hard skilss) fənlərini Azərbaycan, rus, ingilis və türk dillərində tədris edə biləcək şəxslər CV-lərini oktyabrın 19-dək “Karyera” başlığı ilə [email protected] ünvanına göndərə bilər.

 

Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtdir. Müraciətləri müsbət dəyərləndirilən namizədlərlə əlaqə saxlanılacaq və fərdi müsahibə təşkil ediləcək.